Qətər Qran Prisi başlamazdan əvvəl Oskardan komanda yoldaşına titul mübarizəsində Ferstappenə qarşı kömək etməyə hazır olub-olmadığı soruşulub.
Oskar Piastri: “Bu məsələni qısa müzakirə etmişik və cavab – yox. Mənim də Maksla eyni xalım var və hər şey mənim xeyrimə alınsa, titul üçün şəxsi şanslarım qalır. Biz də məhz bu cür hərəkət edəcəyik.
Dediyim kimi, şanslarımın qaldığını düşünürəm. Keçmişdə oxşar vəziyyətdə olanlar qalib gəlib, deməli mənim titul qazanmağım da mümkünsüz deyil. Mən bunu riskli ssenari hesab edirəm, amma qeyri-real da deyil.
Son iki yarışı ideal yarışacağım halda heç nə təmin olunmur. Mən yaxşı anlayıram ki, başqa faktorlar da mənim xeyrimə üst-üstə düşməlidir.
Bu həftəsonunu mümkün qədər yaxşı keçirməyə çalışacağam. Mən onsuz da həmişə bunu etməyə cəhd edirəm. Sonra da başqalarında nə olacağını görərik”.
Əgər Las-Veqasdakı diskvalifikasiya olmasaydı, Piastri Norrisdən 24 yox, 30 xal geri olacaqdı, lakin Oskar bundan məmnun olmadığını bildirib: “Açığı, diskvalifikasiyada yaxşı heç nə yoxdur. Bəli, indi Landodan 6 xal az geri qalıram, amma bu, Maksın xallardakı fərqi əhəmiyyətli dərəcədə azaltmasına imkan verdi. Ona görə bu, tam mənfi ssenari idi.
Komanda çətin həftəsonu keçirtdi, finalı isə olduqca ağrılı oldu. Əslində, burada sadəcə zərər görmüşük”.




Şərh əlavə et