Kokpit.az xatırladır ki, braziliyalı sürücü 2022-ci ildə Formula 2 üzrə Dünya Çempionu olduqdan sonra 2023-cü ildə Aston Martin komandasına ehtiyat pilot kimi qatılmışdı.
Komandanın mətbuat xidməti: “Felipe Druqoviçlə yaxşı formada vidalaşırıq. O, üç il bizimlə oldu və bu həftəsonundan sonra bizdən ayrılır. Gələcəkdə ona yalnız uğurlar arzulayırıq”.
Felipe Druqoviç sosial şəbəkələrdə belə yazıb: “Bu üç ilə görə xoşbəxtəm. Çox şey öyrəndim, birlikdə çox gözəl anlar yaşadıq. Bəzən çətinliklər də oldu, amma yalnız yaxşıları xatırlayacağıq, pisləri isə keçmişdə qoyacağıq. Bu fəsil bitdi, davam etməyin vaxtıdır. Çox sağ olun, dostlar”.
Felipe Druqoviç karyerasını Formula E-də davam etdirəcək. Yeni mövsümdə elektrik seriyasında Andretti komandası üçün çıxış edəcək.




Şərh əlavə et