Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Zövq aldım

Kimi Antonellinin ikinci, Corc Rassellin isə üçüncü yeri tutması sayəsində Mercedes San-Paulu sprintində güclü nəticə göstərib və Mühəndislər Kubokunda Ferrari-ni geridə buraxaraq ikinci pilləyə yüksəlib.

Kokpit.az xatırladır ki, italyan sürücü Braziliyada ikinci yerdə başladığı sprint yarışını elə ikinci pillədə başa vurub. O, yarışın sonlarında lider Lando Norrisin DRS zonasına daxil olsa da, ötmə edə bilməyib və ikinciliyə razı olub.

Kimi Antonelli: “Çox maraqlı sprint idi, amma trasdakı şərait xüsusilə ilk dövrlərdə çətin idi.

Landonu təzyiq altında saxlamağa çalışdım, önə keçmək üçün bir az çatmadı, ancaq yarışdan zövq aldım. İndi özümə inamım yüksəkdir, lakin nəticələr çox sıxdır. Gün ərzində daha nələr edə biləcəyimizi görəcəyik, amma ümid edirəm, bu nəticəni təkrarlaya və ya ondan da yaxşısını göstərə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et