Niko Hülkenberq bildirib ki, 2026-cı il mövsümü üçün nəzərdə tutulmuş maşının prototipi ilə hələ simulyatorda işləməyib. Sauber-in sürüsüsü bunun düzgün yanaşma olduğunu hesab edir, çünki ilkin mərhələdə yeniliklər barədə səhv təsəvvürlərin yaranmasının qarşısını almağa kömək edəcək.
Niko Hülkenberq: “Maşının hazırlanma prosesi davam edir, buna görə də hər şey çox sürətlə inkişaf edir və dəyişir. Komanda istəmir ki, maşın barədə bizdə səhv təsəvvürlər yaransın və yanlış müqayisə nöqtələri formalaşsın. Düşünürəm ki, məhz buna görə bizi hələ simulyatorla işləməkdən saxlayırlar.
Açığı rəqiblərimizin simulyatorda gələn ilin maşını ilə işləyib nə dedikləri məni maraqlandırmır. Axı günün sonunda sən simulyatorun sükanına oturursan və müəyyən təəssüratlar alırsan.
Yeni maşınların indiki bolidlərdən fərqli hiss etdirəcəyi çoxdan məlumdur. Amma gələn il real həyatda trasa çıxdığımızda hər şey yeni olacaq. Ona görə də öyrənmək, araşdırmaq və yeni qaydalara tez uyğunlaşmaq lazım gələcək”.
Şərh əlavə et