Ən güclü sıralanma turu sürücüsü barədə suala Ferstappen belə cavab verib: “Çətin sualdır, amma mən həmişə Şarl Lekleri sıralanmalarda çox güclü hesab etmişəm. O, həm də ötmələrdə yaxşıdır”.
Ən çox tərifi isə Fernando Alonso alıb – Maks onu dörd kateqoriyada ən yaxşı adlandırıb, o cümlədən yarışlarda mübarizə aparmaqda: “Mən həmişə Fernandonun yarışlarda necə döyüşdüyünü izləməyi sevirəm. O, əsl döyüşçüdür və bu, mənim çox xoşuma gəlir”.
Ən ağıllı sürücü mövzusunda da Ferstappen Alonsonu seçib: “Mən həmişə təcrübəni seçərdim. Özümü bu kateqoriyaya daxil etməyəcəyəm və yenə də Fernandonu seçəcəyəm. O, həm də müdafiədə möhtəşəmdir və heç şübhəsiz ki, psixoloji baxımdan ən dözümlü sürücüdür”.
Bununla yanaşı, Ferstappen ən xarizmatik pilotu seçməkdən imtina edib: “Xarizma əslində heç bir əhəmiyyət kəsb etmir. Ən azından Formula 1 maşınını idarə etmək üçün yox”.
Həmçinin, niderlandlı tarixin ən böyük pilotunu da adlandırmayıb: “Məncə, bunu seçmək mümkün deyil. Çünki müxtəlif dövrlərdə çox böyük pilotlar çıxış ediblər. Ən əsası onların hamısını qiymətləndirməkdir”.
Şərh əlavə et