Serxio Peresin adı əvvəlcə Cadillac komandası ilə hallansa da, Amerika təmsilçisinin ətrafındakı mənbələrin məlumatına görə, seçim Valtteri Bottasın xeyrinə edilib. Lakin bu hal Peresin Formula 1-ə qayıtmaq planlarından imtina etməsinə səbəb olmayıb.
Meksikalı pilotun keçmiş fiziki hazırlıq məşqçisi Xavi Martos bildirib ki, Peres bu yaxınlarda yeni menecerlə anlaşıb: “Çoxları bu detalları gözdən qaçırır. Bilmirəm oxumusunuz ya yox, amma Serxionun artıq yeni meneceri var. O, əvvəllər Culyan Yakobi ilə işləyirdi, indi isə yeni biri ilə çalışır. Maraqlıdır, nə üçün onu işə götürüb? Əgər karyeranı bitirmək istəyirsənsə, yeni menecer tutmazsan. Ən azı, mən belə etməzdim”.
İddialara görə, Alpine komandasının məsləhətçisi Flavio Briatore Serxio Peresin xidmətində maraqlıdır və bu hal gələn mövsüm üçün Alpine komandasına keçid ehtimalını gündəmdə saxlayır. Bu halda Peresin menecer dəyişikliyi Alpine ilə danışıqlar üçün atılmış məntiqli addım kimi qiymətləndirilib.
Şərh əlavə et