Azərbaycanda Drift deyəndə yada düşən adamlardan biri, hətta birincisi Fərid Quliyevdir. Düzü, onu ilk dəfə Bakıdakı Kartinq Mərkəzlərindən birində görmüşdüm. 2014-cü ildə Bakı Kartinq Çempionatında qalib gəlmişdi. Lakin yaşı çox olduğu üçün düşünürdüm ki, tezliklə idmandan gedər. Lakin elə olmadı.
O, daha sonra bəxtini tras yarışlarında yox, başqa seriyalarda sınamağa qərar verib. 2016-cı ildə Türkiyənin Ardeşen şəhərində keçirilən Off Road yarışında çempion olub. 2017-ci ildə isə off road-u ataraq, drift pilotu olmağa qərar verib.
Fərid 2018-ci ildə Dridt üzrə Azərbaycan Çempionatında ikinci, 2019-cu ildə isə üçüncü yeri tutub. Lakin bu uğurlarla yetinməyən Fərid bu dəfə bəxtini ölkədən kənarda – Gürcüstanda sınayıb və Georgian Drift Series-də birinci yeri tutaraq, ölkəmizə qızıl medal gətirib.
41 yaşlı Fərid ölkəmizdən kənarda fəaliyyətlərini davam etdirib. O, Gürcüstanda keçirilən King of Drift yarışında 2022-ci ildə üçüncü, 2023-cü ildə isə ikinci yeri tutub.
2024-cü ildə isə ilk dəfə Türkiyə Drift Çempionatına qatılıb və oradan da bürünc medalla qayıdıb.
9 noyabr 1983-cü ildə anadan olmuş Fərid Quliyev hazırda karyerasını davam etdirir. O, həm də Drift üzrə dərslər də verərək, Azərbaycandakı avtoidman ənənəsinə öz mirasını qoyur.
Şərh əlavə et