Rəhman Şıxəliyevin 28 yaşı var. O, avtoidman sahəsinə yeni gələnlərdən biridir. Onun drift yarışlarına gəlməsinin maraqlı bir tarixi var. Özü bu barədə belə danışmışdı: “2022-ci ilin Red Bull Car Park Drift yarışına izləyici kimi getmişdim. Çıxış edən sürücülərə baxırdım və rəy verirdim. Sonra dostum dedi ki, sən belə sürə bilərsən? Mən də dedim bacararam və beləliklə, drift karyerama başladım”.
Rəhman Şıxalıyev karyerasına yeni başlasa da, xeyli yol qət edib. O, karyerasına başladığı iki ilyarım ərzində Drift üzrə Azərbaycan Çempionatında üçüncü yeri, Drive Show: Time Attack yarışında birinci yeri, Formula Drift yarışında isə üçüncü yeri tutub.
Bundan başqa Rəhman 3 dəfə Red Bull Car Park Azərbaycan yarışlarında da çıxış edib və hər üçündə də ikinci tura yüksələrək, altılığa düşə bilib.
O, bundan başqa bir neçə dəfə Gürcüstanda da ölkəmizi təmsil edib.
Beləliklə, bu həftəsonu keçiriləcək Bakı Sürət Festivalında Rəhmana uğurlar arzu edirik.
Rehman sene ugurlar arzu edirem İnşallah sesin yükseklerden gelsin