Xəbəri Kokpitdə Oxuyun!

Gülhüseyn Abdullayev Radical Cup-da 9-cu olub

Birləşmiş Ərəb Əmirliklərində ölkəmizi Gulf Radical Cup seriyasında təmsil edən Gülhüseyn Abdullayev yekunda doqquzuncu yeri tutub.

Kokpit.az bildirir ki, Gulf Radical Cup-ın reqlamenti belədir – şənbə günü sprint sıralanma turu, birinci sprint yarışı, ikinci sprint yarışı, bazar günü isə əsas yarışın sıralanma turu və 45 dəqiqəlik dözümlülük yarışı.

Gülhüseyn dünənki sprint sıralanma turunda 8-ci, birinci sprint yarışında 11-ci, ikinci sprint yarışında isə 6-cı olmuşdu.

Bu gün keçirilən əsas yarışın sıralanma turunsa isə gənc sürücümüz sıralanma turunda trafikə düşüb və 10-cu ola bilib.

45 dəqiqəlik yarış onun üçün yaxşı başlayıb və startda 6-cı yerə yüksəlib. Pit-stoplardan sonra isə 4-cü yerə yüksəlib. Əksəriyyət Qukadan podium gözləyən zaman trasda insident baş verib və trasa Təhlükəsizlik maşını çıxıb. Trasa təhlükəsizlik maşını çıxan vaxt Gülhüseyn rəqibini keçdiyi üçün ona pitdən keçmə cəzası verilib və təmsilçimiz yarışın yekununda doqquzunculuqla kifayətlənib.

Qeyd edək ki, Gülhüseyn bu seriyada debüt edirdi. Buna görə də onun bu həftəsonu göstərdiyi performansı uğurlu saymaq olar.

Sonda onu bildirək ki, 27 yaşlı təmsilçimiz bu yarışa İnnovasiya və Sürət lideri Bakcell şirkətinin dəstəyi ilə qatılıb.

Gülhüseyn Abdullayevi bu yarışda dəstəkləyən Bakcell şirkəti 1994-cü ildən bəri fəaliyyət göstərir və hazırda üç milyondan çox müştərisi var. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

Rauf Hacıyev

Şərh əlavə et