Xəbəri Kokpitdə Oxuyun!

McLaren Prodromou ilə müqavilə uzadıb

McLaren 2024-cü ildəki uğurun memarlarından biri olan Piter Prodromou ilə yeni çoxillik müqavilə imzalayıb.

Kokpit.az bildirir ki, McLaren Formula 1 komandası  aerodinamik rəhbəri Piter Prodromu ilə müqaviləni uzatdığını açıqlayıb. Prodromou McLaren-in 2024-cü il mövsümündə doqquzuncu komanda Mühəndislər Kubokubu qazanmasında mühüm rol oynamışdı.

Komandanın rəhbəri Andrea Stella müqavilənin uzadılması barədə bunları deyib: “Piterlə çoxillik müqavilə ilə yenilədiyimizi sevinclə elan edirəm. Piter mədəni, təşkilati və texniki baxımdan komandaya böyük töhfələr verib və performansımızın artmasında əsas rol oynayıb. Onun liderliyi olmasaydı, biz bu uğura qazanabilməzdik”.

Piter Prodromou isə açıqlamasında belə deyib: “McLaren F1 Komandasının Texniki Direktoru kimi vəzifəmi davam etdirməkdən çox xoşbəxtəm. Belə komandanın bir hissəsi olmaqdan qürur duyuram.

Keçən mövsüm əldə etdiyimiz uğurdan sonra mən gələcəkdə daha çox çempionluqlara töhfə verməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, 1991-ci ildə McLaren-də işləməyə başlayan Prodromu 2006-cı ildə Red Bull-a keçib. Lakin 2014-cü ildə McLaren-ə qayıdan britaniyalı mühəndis 2023-cü ildə Andrea Stellanın yeni texniki strukturu çərçivəsində aerodinamika üzrə texniki direktor vəzifəsinə yüksəlib

Rauf Hacıyev

Şərh əlavə et