Cadillac Formula 1-ə girişini sürətləndirmək üçün Şimali Karolinada 150 milyon dollarlıq yeni baza tikməyi planlaşdırır. Konkord bələdiyyəsinin idarəedici sənədlərinə əsasən cümə axşamı – fevralın 13-də Cadillac-ın 204,045 kvadrat metrlik baza tikmək planlarını müzakirə etmək üçün görüş keçiriləcək. Binanın özü təqribən 65-70 milyon dollara başa gələcək. Avadanlıq və nəqliyyat vasitələrinə 65-70 milyon dollarlıq əlavə investisiya ilə Cadillac-ın sərmayəsi 150 milyon dollara çatacaq.
Obyekt Cadillac-ın F1 layihəsinə güc qurğularının hazırlanması üçün istifadə olunacaq. Komanda 2026-cı ildə Formula 1-də debüt edəndə Ferrari-nin müştərisi olacaq, lakin Cadillac və General Motors 2028-ci ilə qədər öz mühərrikini istehsal etmək potensialına malikdir.
Ən müasir bazada təxminən 300-350 işçi çalışacaq və yaxınlıqdakı digər GM bazasında işlər artıq davam etdirilir. Yanvar ayında Cadillac yeni güc qurğusu bölməsini işə salıb və bu bölmənin rəhbəri Russ O’Blenes olub.
Bu yeni baza Andretti Global tərəfindən Silverstounda açılan baza ilə yanaşı fəaliyyət göstərəcək. Maykl Andretti imtina etdikdən sonra Cadillac rəsmi olaraq giriş ərizəsini öz üzərinə götürüb. Cadillac-ın yeni komandasının rəhbəri keçmişdə Marussia-ya rəhbərlik etmiş Qrem Loudon olacaq. Keçmişdə Benetton, Renault, Williams komandalarında texniki direktor olmuş Pat Simonds Cadilllac komandasının məsləhətçisi kimi fəaliyyət göstərəcək.
Şərh əlavə et