Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton ilk dəfə Maranelloya gedib

Lyuis Həmilton bu gün ilk dəfə Ferrari pilotu olaraq ilk şəkillərini paylaşıb.

Kokpit.az bildirir ki, britaniyalı sürücü Maranellodakı ilk günündən şəkillər paylaşıb. O, Maranelloya yerli saatla 10-da klassik geyimdə gəlib. O bazaya gələndə yanında bir neçə nəfər olub və bazada gərgin bir gün keçirib.

Lyuis Həmilton sosial şəbəkə üzərindən paylaşım edib və bunları yazıb: “Bəzi günlər var ki, həyatınızın sonuna qədər xatırlayarsınız. Bu da o günlərdən biridir. Ferrari sürücüsü olaraq ilk günümdür. Karyeram ərzində xəyal belə edə bilməyəcəyim uğurlar qazandım, amma həmişə qırmızı geyimdə yarışmaq xəyalım oldu. Bu gün o xəyalı reallaşdırdığım üçün çox sevincliyəm.

Bu gün bu əfsanəvi komandada yeni bir dövrə başlayırıq və birlildə necə hekayə yazacağımızı görmək üçün səbirsizlənirəm”.

İtaliya mətbuatı xəbər verir ki, Həmilton həm bazanı gəzib, həm də 2025-ci il bolidini nəzərdən keçirib. Yeddiqat Dünya Çempionu həm də oturacaq sazlanması edəcək.

Rauf Hacıyev

Şərh əlavə et