Xəbəri Kokpitdə Oxuyun!

Liberty Media Williams-a əngəl olub

Williams komandasının erkən təqdimat planı Liberty Media tərəfimdən əngəllənib. Fevralın 14-də keçiriləcək təqdimatda yalnız bolid nümayiş etdiriləcək.

Kokpit.az xatırladır ki, bu il Formula 1-in 75-ci ildönümünə görə Londonun O2 Arenasında bütün komandaların iştirak edəcəyik böyük təqdimat keçiriləcək. Lakin Williams komandası FW47-nin təqdimatını sevgililər günündə – fevralın 14-də edəcəyini bildirmişdi.

Bu xüsusi təqdimatda komandanın yeni transferi Karlos Sayns və Aleksander Elbon da iştirak edəcək. Amma Londondakı böyük təqdimatdan əvvəl keçiriləcək bu tədbir müzakirələrə səbəb ola bilər.

İtaliya mətbuatının verdiyi xəbərə görə Liberty Media-nın bir şərti var: Komandalar rəng çalarlarınız sadəcə fevralın 18-də Londondakı təqdimatda nümayiş etdirə bilərlər.

Bu isə o deməkdir ki, Williams komandası 14 fevraldakı xüsusi təqdimatda xüsusi rəng çaları ilə qatılacaq. Bundan başqa britaniyalılar Karlos Saynsla birgə komandaya gələn bir neçə sponsoru da təqdim edəcəklər. Bu sponsorlardan biri İspaniyanın məşhur bankı Santander-dir.

Rauf Hacıyev

Şərh əlavə et