Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Maks övladının doğulmasına görə yarış buraxmayacaq

Məlum olduğu kimi, gələn il Maks Verstappen ata olacaq – onun sevgilisi Kelli Pike uşaq gözləyir.

RTL-ə verdiyi müsahibədə Red Bull-un avtoidman üzrə məsləhətçisindən Maksın övladı dünyaya gələcəyi üçün növbəti mövsümdə bir və ya daha çox yarışı buraxmağı planlaşdırıb-planlaşdırmadığı soruşulub.

Helmut Marko: “Rəqiblər nə qədər istəsələr də, mən belə bir ssenariyə inanmıram. Maks ailə adamıdır, lakin yarış onun prioriteti olaraq qalır. Bəzi müstəsna hallar yaranmasa, bu arzuolunmazdır. Deyirlər, sürücü ata olanda bir qədər yavaş sürməyə başlayır. Bu, Maksın başına gəlsə, belə bir itki ilə də o, ən yaxşılar arasında qalacaq və hətta hamıdan bir az öndə olacaq. Ona görə də problem görmürəm”.

Elçin Zodorov

Şərh əlavə et