Kokpit.az xatırladır ki, 2023-cü ilin Qətər yarışında sürücülər isti və nəmli hava şəraitinə görə çətinlik çəkmişdilər. Bundan sonra FİA kokpiti soyutmaq üçün həll yolları axtarmağa başlamışdı.
İlk addım bu il atılıb və xüsusən isti havalarda komandalara şassidə ikinci deşiyin açılmasına icazə veriləcək. Bununla da kokpitə daha çox təmiz hava daxil olacaq.
Uzun müddət davam edən araşdırmadan sonra Formula 1 komissiyasl noyabr ayında hərtərəfli sürücü soyutma planına razılıq verib. Autosport-un xəbərinə görə bu sistemi Amerikanın Chillout Motorsport şirkəti istehsal edib. Bu şirkət daha əvvəl Formula E-də batareyaları doldurma zamanı onları soyutma sistemləri düzəldib və WEC, NASCAR kimi serialarda sürücü soyutma problemlərini həll edib.
Maşınlara quraşdırılacaq soyutma sistemləri iki ünsürdən ibarətdir – mayeni soyuq turmaq üçün miniyaturlaşmış funksiyaların ( bir mikro kompressor, bir buxarlaşdırıcı və bir gərginlik qurğusu) olduğu bir qutu və sürücülərin kambinezonların altından geyinəcəyi oda davamlı köynək.
Köynəkdə ümumi uzunluğu 48 metr olan balonlar var və bunlar sürücünün sinəsinə və belinə dolanır. Bu balonlar mayeni (hava, su və sodium xlor kimi maddələr) fırladaraq sürücünün sərin qalmasını təmin edir.
Chillout Motorsport-un qurucusu Çarls Klayn bu barədə belə danışıb: “FİA-nın razılıq verdiyi soyutma köynəyimizin üzərində onsuz da işləyirdik. Bu doğrudan da çətin layihə idi, çünki FİA yanğın təhlükəsizliyinə görə çox sərt davranır.
Biz də sadəcə FİA-nın razılıq verdiyi məhsul düzətmək istəmədik. Eyni zamanda funksiyalı və yüngül olan, sürücülərin geyinmək istəyəcəyik bir məhsul düzəltmək istədik.
Bu köynəkləri ikiqatlı materiallar olmadan istehsal etmək mümkünsüz idi. Yəni əslində balonları iki köynək arasında sendviç kimi qoyurdunuz.
Uzun illər davam edən testlərdən və fərqli materialların sınanmasından sonra ötürücülü, əsniyən və təhlükəsiz bir balon formulu əmələ gətirə bildik”.
2025-ci il üçün müvəqqəti həll yolu
Bu, Formula 1 komandaları üçün daha əvvəl təkoturacaqlı seriyalarda istifadə olunmamış tamamilə yeni bir sistemdir. Belə olan hallarda komandalar soyutma cihazları üçün kokpitdə əlavə yer qoymalıdır. Bu da komandaların işini daha da çətinləşdirəcək.
Çarlz Klayn: “Soyutma sistemləri bizim üçün çox asandır. Ancaq soyutma sistemlərini şassiyə sığışdırmaq çətindir. Bu maşınların içində əlavə şeylər üçün yer yoxdur. Müvəqqəti olaraq pedalların arxasında, saydpodlarda, oturacaqların arxasında əlverişli yer tapmağa çalışırıq”.
Çəki: Reqlamemtdəki 5 kiloqram niyə real deyil?
Sistemin necə işləyəcəyi isə başqa maraqlı nüansı ortaya çıxarır. Çünki FİA bildirib ki, cihaz istifadə edilərkən bolidin minimum çəkisi 5 kiloqram artırılacaq. Sistem isə yüngüldür və təxmini 2 kiloqram edir. Köynək də bolidə 300 g qüvvət əlavə edir.
FİA-nın 5 kiloqrama icazə verməsinin səbəbi 2026-cı ilə qədər bolidlərin elektrik quruluşlarının dəyişdirilməməsidir. Buna görə də sistem xarici batareya paketi ilə işləyəcək. Bu reqlament gələcəkdə dəyişdiriləcək, çünki bu sistem yeni nəsil bolidlərin birbaşa içində olacaq.
Sistemin təsiri nə qədər olacaq?
Qaydalara görə havanın temperaturu 30.5 dərəcəni keçdikdən sonra FİA sistemin istifadəsini icbari edəcək. Bu barədə məlumat isə yarışdan 24 saat əvvəl komandalara bildiriləcək.
Bunun həftəsonları bokslarda quraşdırılmalı olduğunu nəzərə alsaq, mexaniklər sessiyaların arasında sistemi asanlıqla qurmalı olacaqlar.
Çarlz Klayn bunları əlavə edib: “Qarışıq olmayan, çox vaxt aparmayan bir şeyə ehtiyacları var. Buna görə də 2026-cı ili səbirsizliklə gözləyirəm. Onda daha modullu bir quruluş olacaq. Bir neçə dəqiqəyə tamamlamaq mümkün olacaq”.
Belə texnologiyalardan hərbi təyyarələrdə və kosmonavt paltarlarında da istifadə edirlər. Bədənin istiliyini azaldır və beynin daha yaxşı performans göstərməyini təmin edir.
Sistem soyutma balonları ilə çox bəsit görünə bilər, amma insan bədəninin necə işlədiyinsən asılı olaraq yığılıb və qarışıq prosesdir.
Çarlz Klayn: “Qanın 95 faizi dərinin səthindən axır. Bu istilik enürjisini tutmaq üçün əm faydalı üsuldur. Köynəklərimizdən istifadə edərək bu temperaturu balanslaşdırmaq mümkündür.
Köynəklərimizə təxminən 48 metr uzunluğunda balonlar tikilib. Bunu bədəndə daha böyük sahəni tutmaq üçün etmişik. Sadəcə 3 və ya 4 metr balon qoya bilmərik.
Sistemi 0 dərəcədən işə sala bilərik. Amma bunu etsək, qanın bədənə axışı dayanar, çünki bədəniniz özünü hiporermiyadan qorumağa çalışacaq. Sürücünün soyuqdan üşüməsini təmin edə bilərik, amma bu bizim etmək istədiyimiz şey deyil. Buna görə də sistemin ən yaxşı formada işləməsini təmin etməliyik. Bu da təxminən 15 dərəcədir.
Sürücülər bu sistemi çox sevdilər. Məsələn, Şarl Lekler dedi ki, bu sistemi hər yarış istifadə etmək istəyər”.
Şərh əlavə et