Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Lyuisə görə yanaşmasını dəyişməyəcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onlar Lyuis Həmilltona görə yeni mövsümə hazırlıq yanaşmasını dəyişməyəcəklər.

Kokpit.az xatırladır ki, Lyuis Həmilton növbəti mövsümdən etibarən Ferrari komandasının şərəfini qoruyacaq.

Ferrari komandasının rəhbəri Frederik Vassyör daha əvvəl aşağı seriyalarda ART Grand Prix komandasının rəhbəri olarkən britaniyalı sürücü ilə işləyib. Bu isə o deməkdir ki, təxminən 20 ildən sonra ikili yenidən bir araya gələcək.

Frederik Vassyör: “Lyuisə görə yanaşamamızı dəyişdirmək məcburiyyətimiz yoxdur. O, öz təcrübəsi və uğurları ilə gələcək, amma biz də öz işimizi görəcəyik. Əminəm ki, Lyuis də bunu anlayacaq.

Əvvəl köhnə bolidlərlə test günləri və Pirelli testləri edəcəyik. Daha sonra bolidin təqdimatı olacaq. Çempionat başlayandan sonra birbaşa Bəhreynə gedəcəyik və Melburna qədər gərgin dövr keçirəcəyik. Hazırlıq dövrü qısa olsa da, vəziyyət belədir. İlk yarışdan əvvəl bazada dörd həftə vaxtımız olacaq. Ancaq olan budur və buna görə işləyəcəyik.”

Rauf Hacıyev

Şərh əlavə et