Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il 4 yarış qazansa da, mövsümü Maks Ferstappendən sonra ikinci yerdə bağlayıb. Lakin McLaren komandası mövsümü Mühəndislər Kubokunu qazanaraq bağlayıb və 26 illik titul həsrətinə son qoyub.
Sabiq Formula 1 pilotu Conni Herbert düşünür ki, Lando Norris gələn il daha güclü olacaq və Dünya Çempionu titulunu qazanacaq: “Məncə, 2025-ci ildə Dünya Çempionu Lando Norris olacaq. Bu mövsümdən dərs aldığını düşünürəm. Artıq etməli olduğu bir şey var – daha sərt formada mübarizə aparmaq. Onda tam pilot olacaq. Məncə, gələn il Çempion olmaq üçün böyük şansı var.
McLaren də bu il tutduğu tempi davam etdirə bilər. Bunun olmaması üçün heç bir səbəb yoxdur. Çox yaxşı bazaları var və 2026-cı ildəki yeni reqlamenti anlaya biləcək mühəndislərə sahibdirlər. McLaren-in ən güclü olduğu köhnə dövrlərə qayıda bilərik”.
Şərh əlavə et