Kokpit.az xatırladır ki, “narıncılar” 2024-cü il mövsümündə 26 illik həsrətə son qoyaraq, Mühəndislər Kubokunun qalibi olublar. Lakin Sürücülər Çempionatını Red Bull komandasından Maks Ferstappen qazanıb.
McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, bu il qazandıqları Mühəndislər Kuboku onların gələn mövsümlə bağlı yanaşmasını dəyişib: “Növbəti mövsümə tam güclə hazırlaşırıq. Komanda hazırda fərqli zehniyyətə sahibdir. Artıq bu bolidi bir az da inkişaf etdirək zehniyyətində deyilik. Gələn ilin maşınında cəsarətli risklər alırıq. Çünki qabağa getmək üçün cəsarətli olmaq lazımdır.
Rəqiblərimiz çox güclüdürlər. Ferrari, Red Bull və Mercedes hər fürsətdə güclərini göstərirlər. Bu dörd komandanın gələn il çempion olmaq potensialları var. Biz bu mübarizədə ön sıralarda olmalıyıq.
Yəni səhv etməməliyəm zehniyyəti ilə rəqabətədavamlı ola bilmərik. Bunun yerinə daha çox risk almalı və fürsətləri dəyərləndirməliyik. Kommersiya cəhətdən güclü yerdəyik və iki güclü pilotumuz var. Ancaq mübarizənin çox qəddar olduğunu da unutmamalıyıq.
Gələn il daha hazırlıqlı olacağıq. Bu il zehni cəhətdən çempionluğa hazır deyildik. Amma artıq mövsümə Dünya Çempionluğunu hədəfləyən zehniyyətlə başlayacağıq.
Bu il hədəfimiz üçlüyə düşmək və Landoya ilk qələbəsini qazandırmaq idi. Amma bu uğura çoxdan çatmışıq. Artıq Dünya Çempionu titulu uğrunda mübarizə apara biləcək iki pilotumuz var”.
Şərh əlavə et