Xəbəri Kokpitdə Oxuyun!

Lekler birinci olub

Ferrari komandasının sürücüsü Şarl Lekler mövsümün ikinci yarısında ən çox xal toplayan pilot olub.

İyulun 28-də keçirilən Belçika Qran Prisindən sonra  sürücülər yay tətilinə yollanmış,  23-25 ​​avqustda  keçirilən Niderland Qran Prisi ilə tətildən qayıtmışdılar.  Yay fasiləsinə qədər 14 yarış keçirildiyi halda, yay fasiləsindən sonra 10 yarış keçirilib.

Yay fasiləsindən sonra keçirilən yarışlarda ən çox xal toplayan isə Ferrari-nin monakolu pilotu Şarl Lekler olub. 27 yaşlı sürücü bu müddətdə 179 xal toplayıb və bu statistikada birinci olub. McLaren komandasının pilotu Lando Norris onu 175 xalla izləyib, Dünya Çempionu Maks Ferstappen isə 160 xalla üçüncü olub. Mercedes-dən Corc Rassel 129 xalla dördüncü yeri tutub.

Lekler yay fasiləsindən sonra iki yarışda (İtaliya və Ostin) birinci olduğu halda, Norris üç qələbə ilə (Hollandiya, Sinqapur və Əbu-Dabi) bu statistikanın  zirvəsində yer alıb.  Buna baxmayaraq, Lekler stabil performans hesabına  xal cədvəlində Norrisi qabaqlamağı bacarıb. Digər tərəfdən, mövsümün ikinci yarısı Serxio Peres üçün çox pöis keçib. Red Bull komandasının sürücüsü cəmi 21 xal toplaya bilib və  Alpine komandasının sürücüsü Pyer Qaslidən 15 xal geri qalıb. Peres Haas pilotu Niko Hülkenberqdən cəmi 2 xal çox toplaya bilib.

Rauf Hacıyev

Şərh əlavə et