Kokpit.a xatırladır ki, Red Bull komandası keçən il 22 yarışdan 21-də qələbə qazanmışdı. Onlar sadəcə Sinqapur yarışında fəxri kürsünün zirvəsinə çıxa bilməmişdilər. Sinqapurda yarışı Ferrari komandasının sürücüsü Karlos Sayns qazanmış, Şarl Lekler isə 4-cü yeri tutmuşdu.
Cok Klia: “Karlos Saynsın bacarıqları barədə uzun müddətdir ki, danışırıq. Reallıq budur ki, Karlos sıralanma turunda Şarl qədər üstün pilot deyil. Amma keçən il Karlosun Sinqapurda qazandığı qələbə Şarla təsir etdi.
Biz düşünürdük ki, Şarl Sinqapurda yarış qazanmaq üçün favoritdir. O, Sinqapura həmişə özünə inanaraq gedərdi. Ona görə də o yarışı Karlosun qazanması Şarla çox pis təsir etdi.
Amma bu hal onun bazar günü daha çox yarışa fokuslanmasına səbəb oldu”.




Şərh əlavə et