Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: F1 pilotu olmaq çətinləşib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, avtoidmana başlamaq xərcləri artıq artıbdır.

Kokpit.az bildirir ki, yeddiqat Dünya Çempionu karyerasının əvvəlində maliyyə problemləri ilə üzləşib. Lakin 12 yaşı olarkən onu McLaren himayəsinə götürüb və Formula 1 karyerasının başlamasına önəmli təkan verib.

Lyuis Həmilton bildirib ki, həm kartinq, həm də yarışlarda iştirak xərcləri çox olduğu üçün gənc istedadların qarşılarında əngəllər yaranır.

Lyuis Həmilton: “Xərclər çoxdur. Hazırda tam olaraq nə qədər olduğunu bilmirəm, amma mən başladığım dövrə nisbətən iki ya da dörd dəfə çox olduğunu eşitdim.

McLaren-lə müqavilə bağlamasaydım, hazırda burada yarışmazdım. Xərclərin artması doğrudan da pis haldır”.

Bundan başqa Lyuis Həmilton əlavə edib ki, kartinqdə yarışan uşaqlar təhsillərinə də davam etməlidirlər, çünki Formula 1-ə çox az sürücü gedib çatır: “İşləməyə və təhsil almağa davam etməlidirlər. Sürücülərin 99 faizi Formula 1-ə çata bilmirlər. Məncə, uşaqların davamlı məşq edib, məktəbə getməməsi doğru deyil”.

Rauf Hacıyev

Şərh əlavə et