Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns Ferrari ilə qazanmaq istəyir

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, onun əsas istəklərindən biri “qırmızılar”ın heyətində son dəfə qazanmaqdır. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu il Avstraliya yarışında qalib gəlib və rəqabətin bol olduğu 2024-cü il mövsümündə yarış qazanan 7 sürücüdən biridir. Lakin o, Ferrari ilə artıq son 6 yarışına hazırlaşır və istəyir ki, italyanların heyətində son dəfə bir yarış qazansın. 

Karlos Sayns: “Siyahımdakı ilk şey ayrılmadan əvvəl Ferrari ilə ən az bir yarış qazanmaqdır. Bu mənim ağlımdadır, amma bu ilin sonunda Ferrari-dən ayrıldığım üçün yox, getdiyim bütün yarışları qazanmağı hədəflədiyim üçündür.

Məncə, stasionar traslar olan Braziliya, Ostin, Qətər və Əbu Dabidə inkişaf etməliyik. Əgər bu traslarda inkişaf edə bilsək, qalib gəlmək şansımız olar. Amma bu traslarda Spa və Macarıstanda olduğu kimi geridə qalsaq, onda görüləsi çox işimiz var”.

Qeyd edək ki, Karlos Sayns ilin sonunda Ferrari-dən ayrılacaq və növbəti mövsümdən etibarən Williams komandasının şərəfini qoruyacaq. Onu Ferrari-də yeddiqat Dünya Çempionu Lyuis Həmilton əvəz edəcək.

 

Rauf Hacıyev

Şərh əlavə et