Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə yaxşı başlamış və ilk 10 yarışın 7-də qalib gəlmişdi. Lakin ondan sonra keçirilən 8 yarışda “qırmızı öküzlər” qələbə üzünə həsrət qalıblar. Belə olan halda isə McLaren komandası Mühəndislər Kubokunda 41 xal fərqlə liderliyə oturub. Lando Norris isə Sürücülər Çempionatında Maks Ferstappenlə fərqi 52 xala endirib.
McLaren komandasının sürücüsü Lando Norris düşünür ki, Red Bull yenidən liderliyə yüksəlmək üçün əlindən gələni edəcək: “İlin əvvəlinə qayıtsaq, Red Bull o vaxt daha üstün idi. İlin ilk 4 ya da 5 yarışında qalib gəldilər və rəqiblərinə daha böyük fərqlər atırdılar.
İlin əvvəlində bizim vəziyyətimiz onların indiki vəziyyətlərindən daha pis idi və indi onlar daha rəqabətədavmlıdırlar. Ancaq biz işləri tərsinə çevirdik və eyni zamanda onlar da işləri öz xeyirlərinə çevirə bilərlər”.
Şərh əlavə et