Xəbəri Kokpitdə Oxuyun!

M.Vebber: Piastri Bakıda güclü idi

Sabiq Formula 1 pilotu Mark Vebber bildirib ki, Oskar Piastri Azərbaycanda möhtəşəm performans göstərərək, karyerasının ən yaxşı qələbələrindən birini qazanıb. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Bakıdakı yarışa 2-ci yerdən başlasa da, pit-stoplardan sonra rəqibi Şarl Leklerə təmiz hücum edərək, yarışı qazanıb və karyerasının ikinci qələbəsini əldə edib. 

Oskar Piastrinin karyerasının ilk qələbəsi Macarıstanda gəlmiş və müzakirələrə səbəb olmuşdu. Orada komanda yarışın lideri Lando Norrisə əmr vermiş və avstraliyalı bu əmrlə onu keçərək yarışı qazanmışdı.

Sabiq Formula 1 sürücüsü və hazırda Oskar Piastrinin menecerliyini edən Mark Vebber bildirib ki, gənc pilot 2024-cü il mövsümü başlayacndan çox güclü performns göstərir və o, Norrisin 8-ci olduğu Ciddə yarışını 4-cü yerdə bitirib: “İnsanlar onun Səudiyyə Ərəbistanında və sonrakı yarışlarda necə gözəl performans göstərdiyini unudurlar. Mayami yarışından bəri ən çox xal toplayan sürücülərdən biridir. Yəni uzadan baxıb danışmaq asandır, amma onun performansını dəyərləndirmək tamamilə təəssüratdan asılıdır. Formula 1-ə gələndən bəri heç arxayınlaşmır və öz üzərində çox işləyir”.

Oskar Piastri  ilk qələbəsini aldığı Macarıstandan fərqli olaraq Bakıda təmiz qələbə qazanıb. Mark Vebber bildirib ki, 23 yaşlı pilotun Bakıdakı qələbəsi daha təsiredici olub: “Məncə, elədir. Yekunda qələbə sayını ikiyə yüksəldi. Məncə, həe iki qələbə sə onun üçün çox xüsusi idi, amma Bakıda etdikləri çox təsiredici idi. Sadə dildə danışsaq, Formula 1-in ən yaxşı qələbələrindən biri idi.

Doğrudan da möhtəşəm mövsüm keçirie. Bütün il ərzində çox stabildir və istənilən şəraitdə çox sürətli idi. Bu onun karyerası ərzində gördüyüm ən yaxşı performanslarından biri idi. Onun buradakı rəqibi çox güclü pilot idi. Şarl Lekler hazırda Formula 1-in ən sehirli sürücülərindəndir. Buna görə də onu Bakıda məğlub etmək böyük hadisədir”.

Rauf Hacıyev

Şərh əlavə et