Kokpit.az xatırladır ki, Aston Martin şirkəti bu həftə ikiqat Dünya Çempionu pilotu Fernando Alonsoya 3.5 milyon avroluq Valkyrie hədiyyə edib.
Açıqlamalara görə ispaniyalı sürücü Ədrian Nyuinin dizayn etdiyi yeni maşınını əfsanəvi Monte Carlo Bay Hotel tərəflərə sürüb.
Daha sonra monakolular bildiriblər ki, avtomobil xarab olub və bir evakuatorun arxasında aparılıb.
Auto Motor und Sport-dan Tobias Qruner bildirib ki, mexanik problem ola bilər, çünki maşının elektrik sistemləri bəzən kiçik problemlərə səbəb ola bilir.
Doğrudan da Fernando Alonsonun dayanmış Valkyrie-sinin yanında notbukla Aston Martin geyimli işçi olub.
Tobias Qruner: “Biz bu barədə soruşduq, amma Aston Martin bizə bildirdi ki, heç bir problem yoxdur. Maşın yeni sahibinin tələbi ilə başqa yerə daşındı”.
Şərh əlavə et