Kokpit.az xatırladır ki, Ferrari komandası iyun ayında Barselonaya yeniliklər gətirmişdi. SF-24-ə əlavə olunan yeni paketdə yeni altlıq da var idi. Bu maşına daha çox asfaltayatma qüvvəsi versə də, bolid yüksək sürətlərdə dalğalanma problemi yaşamağa başlayıb.
Komanda Montsaya yeni altlıqla gəlsə də, yenə də dalğalanma problemi davam edib.
Cok Klia: “Ümumilikdə aerodinamik inkişafda düşüncəmiz dəyişməyib”.
Yeni paket Ferrari üçün çox xüsusi olan Montsaya gətirilmişdi. Buna görə də əksəriyyət düşünürdü ki, “qırmızılar” öz publikası üçün xüsusi minimum asfaltayatma qüvvəsi istehsal edən yeniliklər gətirib.
Lakin Ferrari komandasının perfomans mühəndisi Cok Klia bu iddiaları rədd edib və hər şeyin plana uyğun getdiyini deyib: “Əlavə bir iş görmədik. Hər şey plana uyğun idi. Əsas odur ki, sürətlə inkişaf edək. Yəni mütləq Montsada sürətli olmalıyıq deyə düşüncəmiz yoxdur. Sadəcə sizə uyğun zamanı seçməlisiniz”.
Qeyd edək ki, Ferrari İtaliya Qran Prisində tək pit-stoplu strategiya seçərək Şarl Leklerlə yarışı qazanıb.
Şərh əlavə et