Xəbəri Kokpitdə Oxuyun!

Cordandan səmimi etiraf

Ədrian Nyuinin meneceri Eddi Cordan əfsanəvi mühəndisin gələcək planları barədə suallara cavab verib.

Kokpit.az xatırladır ki, Ədrian Nyui Formula 1 tarixinin ən böyük mühəndislərindən biri sayılır. O, karyerası ərzində 25 çempionluq qazanıb.

Lakin britaniyalı mütəxəsssis gələn ilin əvvəlində Red Bull-dan ayrılacaq. Hazırda o, Red Bull-un hiperkrı olan RB17-nin üzərində işləyir.

Ədrian Nyuinin Red Bull komandasından sonra hara gedəcəyi isə hələ də müəmmalıdır. Əslində aerdoinamikanın atası ilə çox komanda maraqlanır. Lakin onun gələn il Aston Martin komandasına keçəcəyi ilə bağlı çoxlu söz-söhbətlər var. Hətta bu məlumatın rəsmi olaraq sentyabrda açıqlanması gözlənilir.

Lakin Ədrianın meneceri Eddi Cordan bildrib ki, onun gələcəyi barədə doğrudan da heç nə bilmir: “Doğrudan da onun Red Bull-dan sonra nə edəcəyini bilmirəm. Ədrian super istedadlı bir insandır. Dünyada onun kimi intelektual insanlar çox azdır. Hansı komandaya getsə, ora üçün böyük qazanc olacaq”

Rauf Hacıyev

Şərh əlavə et