Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarış ərzində podium mübarizəsindən uzaq olsa da, sona 7 dövrə qalmış Maks Ferstappenlə Lando Norrisin insidentinə görə ikinci yerə yüksəlib. Lakin o, yerini Piastrinin hücumlarına tab gətirə bilməyərək yarışı üçüncü yerdə bitirib.
Karlos Sayns: “Çox insidentli yarış oldu. Bizim əsas mübarizəmiz Corc Rassellə idi. Bilirdik ki, Mercedes yarış tempində üstün olacaq. Ancaq onunla mübarizə aparmağa cəhd etdik. Oskar isə yarışın sonların çox sürətlə gəldi.
Yekunda üçüncü yerdən razıyam. Bunun yaxşı nəticə olduğunu düşünürəm. Məncə, bu həftəsonu heç də asan olmadı, amma çox xoşbəxtəm və qürur duya bilərik”.
Şərh əlavə et