Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Serxio Peres Red Bull-da qalacaq

Red Bull komandası sürücüsü Serxio Pereslə daha iki il müqavilə uzadıb.

Kokpit.az xatırladır ki, meksikalı sürücünün müqaviləsi ilin sonunda başa çatacaqdı. Lakin komanda onu 2026-cı ilin sonuma qədər saxlamaq qərarı alıb.

Serxio 2024-cü il mövsümünə yaxşı başlamış və ilk 4 yarışda 3 ikincilik qazanmışdı. Onun son həftələrdə performansı zəifləsə də, Red Bull yenə də Çekonu saxlamaq qərarı alıb.

Komandanın rəhbəri Kristian Horner: “2025-ci il heyətimizi rəsmiləşdirmək üçün vacib vaxt idi. Çeko ilə işləməyə davam etdiyimiz üçün çox xoşbəxtik. Davamlılıq və stabillik komanda üçün çox vacibdir. Çeko və Maks keçən il gözəl vəhdət təşkil edərək, komandanın Sürücülər Çempionatında ilk iki yeri tutmasında vacib rol oynadılar.

Çeko Bəhreyn, Səudiyyə Ərəbistanı və Yaponiyada ikinci olmaqla, Çində podiuma yüksəlməklə mövsümə əla başlanğıc etdi”.

Serxio Peres: “Birlikdə yola davam etmək üçün səbirsizlənirəm. Bu komandanın tarixinə daha iki il fayda vermək üçün burada qalacam və çox xoşbəxtəm. Komandanın bir hissəsi olmaq gözəldir. Mənə güvəndikləri üçün hamıya təşəkkür etmək istəyirəm. Mənə inandılar və mən həm trasda, həm də trasdan kənarda bu inamın qarşılığını verəcəm”.

Rauf Hacıyev

Şərh əlavə et