Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Bu dəfə də Esteban Okon Alpine-lə yollarını ayırıb

Alpine komandasının sürücüsü Esteban Okon ilin sonunda fransızların sıralarını tərk edəcək

Kokpit.az xatırladır ki, fransalı sürücü 2020-ci ildə Renault komandasına qatılmış və 2021-ci ilin Macarıstan yarışında karyerasının ilk qələbəsini qazanmışdı. Onun üçillik müqaviləsi bu ilin sonunda başa çatacaqdı.

Bu gün verilən rəsmi açıqlamada bildirilib ki, Alpine komandası fransalı sürücü ilə müqaviləni uzatmayacaq. Bu isə o deməkdir ki, Alpine özünə yeni sürücü, Okon isə özünə yeni komanda axtarmalıdır.

Esteban Okon: “Formula 1-də bu komanda ilə keçirdiyim zaman həyatımın ən vacib hissəsi idi. Tamzamanlı sürücü kimi beş ildir burada olsam da, gənc olanda peşəkar karyerama elə məhz enstoinda başlamışdım. Buna görə də bura mənim üçün həmişə xüsusi yer olacaq. Birlikdə bəzi gözəl anlar yaşadıq. Bəzən də çətin dövrlərimiz oldu və bu gözəl və unudulmaz anlar üçün komandadakı hər kəsə minnətdaram.

Planlarını tezliklə açıqlayacağam, amma bu müddət ərzində əsas məqsədim komanda ilə uğurlu olmaq və mövsümün qalan yarışlarından yaxşı nəticələr qazanmaqdır”.

Alpine komandasının rəhbəri Bruno Famin: “Əvvəlcə Estebana keçən beş ilə görə təşəkkütr edirəm. Onun dövründə 2021-ci ilin Macarıstan yarışı başda olmaqla çoxlu uğurlar qazandıq. Bu il isə tamamlamalı olduğumuz 16 yarış və qəti hədəflərimiz var. Trasda yaxşı nəticələr qazanmaq üçün komanda olaraq çox işləməliyik. Ayrılıq vaxtı gələndə Estebana gələcəkdə uğurlar arzulayacağıq”.

 

Rauf Hacıyev

Şərh əlavə et