Kokpit.az xatırladır ki, Renault ən yaxşı dövrlərini Flavio Briatorenin rəhbərliyi vaxtında keçirib. Komanda ondan sonra bəzi yaxşı nəticələr alsa da, bunlar stabil olmayıb.
Son dövrlərdə Renault-da yenidənqurma işləri gedir və iddialara görə komanda Flavio Briatoredən kömək istəyiblər. İtaliya mətbuatı xəbər verir ki, 2008-ci ilin Sinqapur yarışındakı skandaldan sonra idmandan uzaqlaşdırılan Flavio Briatore Alpine-dən vacib təklif alıb.
Renault-nun prezidenti De Meo Briatoredən komandanı yenidən canlandırmasını istəyib və italyan mütəxəssis bu təklifi qəbul edib. Xəbərdə deyilir ki, Briatore işəalınma prosesinə nəzarət edəcək. Hətta iddialara görə Briatore artıq Ədrian Nyui ilə də danışıqlar aparıb. Briatore 2026-cı ildə motor və şassi reqlamentini nəzərə alaraq, Nyuini komandaya gətirməyə çalışır. Lakin hazırda Nyuini istəyən çoxdur.
Şərh əlavə et