Xəbəri Kokpitdə Oxuyun!

Həmilton Şumaxerin daha iki rekordunu yeniləyib

Əfsanəvi Mixael Şumaxer yarışdığı dövrdə saysız rekordlara imza atıb. Lyuis Həmilton isə onların bir hissəsini yenidən yazmaqla məşğuldur.

Kokpit.az bildirir ki, bu dəfəki rekordlar sürətli dövrələrlə bağlı olub. Britaniyalı sürücü alman sabiq həmkarının bir komandada ən çox sürətli dövrə vurmaq rekordunu təzələyib – 54. Şumaxer  Ferrari ilə bu uğura 53 dəfə imza atıb.

Lyuis Monakodakı sürətli dövrəsi ilə ardıcıl mövsümlərdə bunu bacarmaq rekordunu təkrarlayıb – Mercedes sürücüsü ardıcıl 14 mövsümdür ki, ən azı bir dəfə bunu edə bilir. Lakin Həmiltonun karyerasında sürətli dövrə vurduğu mövsümlərin sayı artıq 17-dir və bu sahədə də rekordu Mixaelin əlindən alıb…

Həmiltonun karyerasındakı sürətli dövrə sayı isə Şumaxerkindən 11 ədəd azdır – müvafiq olaraq, 66 və 77.

Elçin Zodorov

Şərh əlavə et