Xəbəri Kokpitdə Oxuyun!

7 trasın müqaviləsi gələn il başa çatır

F1 aprelin ortalarında gələn ilin təqvimini açıqlayıb və o təqvimə cari mövsümdəki bütün traslar daxildir. Lakin onlardan bəziləri üçün 2025-ci il sonuncu ola bilər.

Kokpit.az xəbər verir ki, hazırda təqvimdə olan traslardan yeddisinin mövcud müqaviləsi gələn mövsümdən sonra üçün nəzərdə tutulmayıb. Bunlar Montsa, Monako, Mexiko, Şanxay, İmola, Spa və Zandfortdur. Bəzi promouterlər, məsələn, Niderland yarışı hər il deyil, iki ildə bir dəfə, digər traslarla növbəli şəkildə keçirməyə artıq hazırdır.

Barselona trası ətrafında isə çox maraqlı hadisələr cərəyan edir – müqavilə 2026-cı ilə qədərdir, lakin həmin il üçün İspaniya Qran Prisini qəbul etmək üçün Madrid şəhəri ilə də razılıq var. Aşağıdakı cədvəl traslar, müqavilələrinin bitmə tarixləri və hər il yarışı təşkil etmək üçün çempionatın sahiblərinə ödədikləri məbləğ barədə məlumat verir. Las Veqas və Mayamidəki yarışlar Liberty Media tərəfindən təşkil edildiyi üçün promouterlər heç bir rüsum ödəmirlər.

Ölkə Tras Məbləğ (mln dollar) Müqavilənin müddəti
Monako Monako 15 2025
İtaliya Montsa 22 2025
Meksika Mexiko 25 2025
Çin Şanxay 50 2025
İtaliya İmola 28 2025
Belçika Spa 22 2025
Niderland Zandfort 32 2025
ABŞ Ostin 25 2026
İspaniya Barselona 25 2026
Azərbaycan Bakı 55 2026
Sinqapur Marina Bey 35 2028
Yaponiya Suzuka 25 2029
Braziliya İnterlaqos 25 2030
Səudiyyə Ərəbistanı Ciddə 55 2030
Avstriya Şpilberq 25 2030
Əbu Dabi Yas Marina 50 2030
ABŞ Mayami 2031
Kanada Monreal 30 2031
Qətər Losail 55 2032
Macarıstan Hunqarorinq 40 2032
ABŞ Las Veqas 2032
Britaniya Silverstoun 25 2034
İspaniya Madrid 52 2035
Bəhreyn Saxir 45 2036
Avstraliya Albert Park 35 2037

 

Elçin Zodorov

Şərh əlavə et