Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq. Lakin o, növbəti mövsüm üçün hələ də özünə komanda tapa bilməyib. Onun adı Mercedes, Red Bull və Audi ilə hallanır.
Sauber 2026-cı ildən etibarən Audi olacaq. Almaniyalı avtomobil istehsalçısı Karlos Saynsa çoxillik müqavilə təklif edib. Audi tezliklə sürücü heyətini dəqiqləşdirib işlərə daha rahat fokuslanmaq istəyir. Lakin ispaniyalı sürücü hazırda Red Bull və Mercedes alternativlərini də dəyərləndirir.
Ancaq namizədlər arasına yenisi qatılıb – Williams. Britaniya təmsilçisi hazırda Saynsa gələcək hədəfləri barədə danışır. Düzdür, komandanın Aleks Elbonla müqaviləsi olsa da, Ceyms Vavls daha yaxşı yerlər tutmaq üçün dəyişikliklərə ehtiyac duyur.
Ceyms Vavls: “2025-ci ilin bolidi aerodinamik borudadır. Bunu 2026 ya da 2027-ci ilə çatmaq üçün edirik. Düzdür, mən 2026-dan əvvəlki illəri də vacib sayıram, amma gələcəkdə uğurlar qazanmalıyıq. Buna nail olmaq üçün sərt qərarlar almalıyam”.
Karlos Sayns isə mövzu barədə belə danışıb: “Pərdə arxasında daha çox məlumatım var. Dedi-qodular da var, amma narahat olmayın, çünki ağzımdan heç nə qaçırmayacağam. Bütün alternativləri düşünəcəyəm və doğru qərarı verəcəyəm. Sizə bunu deyə bilərəm ki, zehnimi toplayanda hər şey daha tez reallaşacaq. Sadəcə hər şeyi bir araya gətirməliyəm”.
Şərh əlavə et