Xəbəri Kokpitdə Oxuyun!

Pininfarina Betmenin şərəfinə 4 maşın hazırlayıb

Onların Formula 1 bolidlərindən daha sürətli olduqları iddia edilir.

Kokpit.az xəbər verir ki, Automobili Pininfarina studiyası Warner Bros ilə əməkdaşlıq edir. Betmenin şərəfinə özünün idman avtomobilləri olan B95 hyper Barchetta və Battista hyper GT-nin xüsusi versiyalarını təqdim edib.

B95 Dark Knight
B95 Dark Knight

Hər iki model iki əlavə versiyaya sahib olub – Gotham və Dark Knight (Battista Dark Knight xəbərin əsas şəklində əks olunub). Bütün avtomobillər 1900 at gücünə malik elektrik güc qurğuları ilə təchiz edilib. Pininfarina qeyd edir ki, hər dörd avtomobil 100 km/saata iki saniyədən az vaxta çatır – Formula 1 avtomobillərindən daha sürətlidir.

B95 Gotham

Dark Knight versiyalı avtomobillərdə Pininfarina mühəndisləri Brüs Ueynin cinayətlə mübarizədə istifadə etdiyi qabaqcıl texnologiya, Gotham avtomobillərində isə onun mülki şəxsiyyəti əks etdirilib. B95 və Battista-nın xüsusi versiyaları aerodinamik cəhətdən daha səmərəli kuzov, həmçinin Wayne Enterprises loqoları ilə standart versiyalardan seçilir.

Battista Gotham

Bundan əlavə, avtomobillər Wayne Enterprises-dən ilhamlanan və Betmenin sadiq köməkçisi Alfred Pennivortun səsini əks etdirən yeni media sistemi ilə təchiz edilib.

Elçin Zodorov

Şərh əlavə et