Xəbəri Kokpitdə Oxuyun!

Alpine komandası satılmayacaq

Renault şirkəti Alpine komandasının satılacağı ilə bağlı çıxan dedi-qoduları təkzib edib. 

Kokpit.az bu xəbəri Britaniya mətbuatına istinadən yazır. Renault qrupu son illərdə gözləntiləri qarşılamayan Alpine Formula 1 komandasını satmaq barədə düşünmür.

Dedi-qodulara görə satış üçün iki şərt var idi: Birincisi yaxşı təklifin olması, ikincisi isə alıcı ən az 2029-cu ilin sonuna qədər Renaul mühərriklərindən istifadə etməli idi. İddiala görə ikinci şərt potensial alıcıları qaçırırdı.

Komandanın 24 faizi keçən ilin iyun ayında 200 milyon avro qarşılığında Otro Capital, Red Bird Capital Partners və Maximum Effort İnvestments-in daxil olduğu konsorsiuma satılmışdı. Bütün bunlar düşünləndə Alpine komandasının satışının tezliklə reallaşacağı deyilirdi.

Lakin komandanın mətbuat katibi bu iddiaları təkzib edib: “Satışla bağlı dedi-qodular və xəbərlər real deyil. Komandamız satılmır”.

Rauf Hacıyev

Şərh əlavə et