Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Mercedes cəzbedici komanda deyil

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Mercedes hazırda zəif olduğu üçün cəzbedici alternativ deyil.

Kokpit.az xatırladır ki, Lyuis Həmilton ilin sonunda Mercedes-dən ayrılacaq və “gümüşü oxlar” onun yerinə sürücü axtarır. Fernando Alonso da namizədlər arasındadır.

Fernando Alonso Yaponiya yarışında altıncı yeri tutub. Bu yarışda Mercedes komandasının sürücüləri 8 və 9-cu yerləri tutublar.

Fernando Alonso: “Yaponiyada çox əyləndim və sürüş cəhətdən ən yaxşı həftəsonlarından biri idi. Lakin liderdən 44 saniyə geri qaldığım üçün özümü yaxşı hiss etmirəm.

Mercedes hazırda bizdən geridə olduğu üçün onların təklifləri cəzbedici deyi”.

Fernando Alonso Yaponiya yarışını belə dəyərləndirib: ““Məncə, 2024-cü ildəki ən yaxşı həftəsonum idi. Özümlə qürur duyuram. Bunun ən yaxşı yarış olub-olmadığını demək çətindir, amma məncə ən azından son bir ildəki ən yaxşı yarışım idi. Keçən ilin aprel ya da may ayından bəri belə qüsursuz həftəsonu keçirirdim.

Məncə, hazırda ən sürətli beşinci komandayıq. Amma bizi Ferrari, McLaren, Red bull və Mercedes-lə müqayisə etmək düzgün olmaz. Buna görə də altıncı olmaq bizim üçün yaxşı nəticəsir. Yarışlarda performansımız çox yaxşıdır. Avstraliya və Səudiyyə Ərəbistanında da elə idi. Ancaq yenə də tempimizi yaxşılaşdırmalıyıq. Bu ilk paket mövsüm ərzində gətirəcəklərimizin təməlidir. Yəni ki, çox şeyi təhlil etməliyik. Lakin dediyim kimi bazar günləri çox yaxşı performans göstəririrk və çox yaxşı xallar qazanırıq.

Yarışda pit-stoplar da yaxşı idi. Əslində ikinci pit-stopda yaşıl işığı görəndə öz-özümə dedim ki, deyəsən dörd təkəri də dəyişmədilər, çünki indiyə kimi ən sürətli pit-stopumuz idi”.

Rauf Hacıyev

Şərh əlavə et