Kokpit.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq və onu Lyuis Həmilton əvəz edəcək. 30 yaşlı pilot gələn il üçün hələ özünə komanda tapa bilməyib, amma o yeni mövsümə əla başlayıb. Belə ki, Sayns mövsümün ilk yarışı olan Bəhreyndə podiuma yüksəlib. İkinci yarış olan Səudiyyə Ərəbistanında apendisit əməliyyatına görə iştirak etməyib. Lakin Avstraliyada yenidən kokpitə qayıdıb və xəstəlikdən ayağa duran kimi qələbə qazanıb.
Karlos Sayns 2022-ci ildən sonra Red Bull-un sürücülərindən başqa yarış qazana bilən tək sürücüdür.
Karlos Sayns: “Növbəti mövsüm üçün hələ də işsizəmz (gülərək). Amma zarafat bir yana bilirəm ki, mənə yaxşı maşın verilsə, uğur qazana bilərəm. Sinqapurda da, Avstraliyada da bunu təsdiqlədim. Maşınım güclü olanda özümü yaxşı hiss edirəm və Albert Parkda maşından razı idim”.
Şərh əlavə et