Kokpit.az xəbər verir ki, Avstraliya Qran Prisinin stüardları Fernando Alonsonun yarışın son dövrəsində 6-cı döngədən əvvəl həmişəkindən tez əyləcə basmaqla Corc Rassellin trasdan çıxmasına səbəb olmasına görə bu addımı atıblar.
Aston Martin sürücüsü stüardlara izah edib ki, o, döngədən daha yaxşı çıxmaq istədiyi üçün qaz pedalını həmişəkindən tez buraxıb. Corc Rassell isə öz növbəsində bu manevri gözlənilməz adlandırıb – Mercedes-in sürücüsü rəqibinə çox yaxın olub, ön qanadasfaltayatma qüvvəsinin bir hissəsini itirib və o, çınqıllığa çıxıb.
Stüardlar Alonsonun avtomobilində telemetriya məlumatlarını nəzərdən keçirdikdən sonra müəyyən ediblər ki, Fernando yarış zamanı qaz pedalını həmişəkindən yüz metr tez buraxıb, hətta onun normal hallarda istifadə etmədiyi yerdə əyləc pedalına toxunduğu məlum olub. Stüardlar qeyd ediblər ki, avtomobilin sürətini azaltmasının əsas səbəbi əyləci basmaq deyil.
Üstəlik, Alonso trasın heç vaxt sürəti aşağı salmadığı bir nöqtəsində belə bir şey edib. Sonra o, yenidən sürəti artırıb və dönməzdən əvvəl qaz pedalını yenidən buraxıb. Alonso bunu izah edərkən deyib ki, döngəni fərqli şəkildə dönmək istəyib, lakin səhv etdiyini başa düşərək sürətini artırıb.
Stüardlar hesab edirdilər ki, bu manevrlər maşınların əhəmiyyətli və qeyri-səciyyəvi yavaşlamasına səbəb olur ki, bu da trasdakı həmin andakı sürətləri nəzərə aldıqda, potensial təhlükədir.
Stüardlar Fernando Alonsoya üç cərimə balı veriblər (indi onun aktivində 12 aylıq müddətdə elə bu 3 bal var) və onun vaxtına 20 saniyə əlavə ediblər. Nəticədə, Fernando protokolda altıncı yerdən səkkizinci yerə enib…
Şərh əlavə et