Kokpit.az xatırladır ki, ispaniyalı sürücü apendisit əməliyyatı keçirdiyi üçün Səudiyyə Ərəbistanı yarışını buraxmalı olmuşdu. Avstraliyada yenidən sükan arxasına qayıdan Sayns sıralanma turunda güclü görünürdü. 30 yaşlı sürücü sıralanma turunun ilk iki sessiyasında lider olsa da, sonda 0.27 saniyə geri qalaraq ikinci olub.
Karlos Sayns: “Son həftələr çətin keçdi. Bu gün burada olmaq üçün yataqda bu anı gözlədim. Buraya gəlmək və sıralanma turunda lider olduqdan sonra poulu itirmək… inana bilmirəm. Amma burada olduğum üçün xoşbəxtəm. Bu həftəsonu Red Bull-a meydan oxumaq sevindirici haldır.
Dünən başlanğıcda özümü paslanmış kimi hiss etdim. Amma sonra sürətlənərək, tempimi tapdım. Maşında özümü xoşbəxt hiss edirəm.
Yalan deməyəcəm. Orada sürərkən özümü çox rahat hiss etmirdim. Çox narahatam və qəribə hisslərdir. Lakin ağrım yoxdur. Buna görə limitdə sürə bilirəm”.
Şərh əlavə et