Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Alonsonu saxlamaq istəyir

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, Fernando Alonsonu komandada saxlamaq üçün hər şey edəcəklər.

Kokpit.az xatırladır ki, Fernando Alonsonun 42 yaşı olsa da, göstərdiyi performansla yenə də sürücü bazarının ən önəmli adamlarından biridir. Bəzi iddialara görə onunla Mercedes və Red Bull kimi nəhəng komandalar maraqlanır. Lakin Aston Martin komandası da veteran sürücünü buraxmaq istəmir.

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, onlar Fernando Alonsonu komandada saxlamaq üçün əllərindən gələni edəcəklər: “Fernando Alonso kimi sürücü Formula 1-də sadəcə yarışmaq üçün iştirak etmir. O səviyyədəki sürücülər ən yaxşısını istəyir. Buna görə də öz potensialından əmin olmalıdır.

Trasa çıxanda həmişə öndə mübarizə aparmaq istəyir və bunun üçün də qərarlılıq və bu işə köklənmək lazımdır. O da bunu çox yaxşı bacarır. Buna görə də Alonso əvvəlcə burada qalıb-qalmayacağına qərar verməlidir. Əgər qalmaq istəsə, hərəkətə keçəcəyik və onu komandada saxlamaq üçün hər şeyi etməyə çalışacağıq”.

Qeyd edək ki, ikiqat Dünya Çempionu bu il ilk iki yarışdan 12 xal toplayıb. O, Səudiyyə Ərəbistanı yarışında 5-ci olub.

Rauf Hacıyev

Şərh əlavə et