Xəbəri Kokpitdə Oxuyun!

RB Milton Kinsə köçür

RB komandasının aerodinamika şöbəsini Böyük Britaniyanın Bister şəhərindən Milton Kinsə – Red Bull-un bazasının yanında yerləşən yeni binaya köçürmək planları barədə hamı eşidib.

Kokpit.az bildirir ki, komandanın yeni meneceri Loran Mekis Bisterdəki bazanın bağlanması və yeni yerə köçmək işlərinin 2024-cü ilin sonunda tamamlanacağını deyib.

Loran Mekis: “Bizim aerodinamika şöbəmiz, gələcək inkişaf şöbəmiz və dizayn departamentinin bir hissəsi Bisterdə yerləşir. Vaxtilə bu yer aerodinamik boruya yaxın olması üçün seçilib. 15 il əvvəl bizim indiki ilə müqayisədə daha az işçi heyətimiz var idi və Bisterdəki baza məntiqli idi.

İndi o vaxtla müqayisədə aerodinamika şöbəmiz üç dəfə böyüyüb və biz bu aerodinamik borudan artıq istifadə etmirik, çünki biz başqasına keçmişik. Nəticədə Bister bazası indi bizim üçün mənasızdır. Beləliklə, biz bu ilin sonunda oradan ayrılacağıq və Milton Kinsdə Red Bull-un yanına köçəcəyik”.

Elçin Zodorov

Şərh əlavə et