Kokpit.az xatırladır ki, Aston Martin 2022-ci ildən etibarən Mercedes Benz ilə birlikdə Formula 1-i təhlükəsizlik maşını ilə təmin edir. İndi də yeni Vantage və DBX707 ilə bu vəzifənin öhdəsindən daha yaxşı gəlmək istəyir.
Aston Martin-in qlobal marka və ticarət müdiri Marko Matiaççi: “Vantage Aston Martin brendinin özüdür. Buna görə də ən sürətli və sürücü üçün ən rahar olan Nantage-ın Formula 1-də üzrə Dünya Çempionatında iştirakını görmək bizim üçün qürurvericidir.
Formula 1-lə yarışa biləsək başqa idman seriyası yoxdur. Azarkeşlər trasda ancaq Vantage-ı görməyəcəklər. Onlar həm də mükafat almış DBX707-ni də görəcəklər”.
Təhlükəsizlik maşınının sürücüsüsü Bernd Maylander: “Aston MArtin Vantage-ı sürməkdən həzz alıram. Maşının keçmişi çox inanılmazdır. Bu isə yeni versiyadır və ən sürətlisidir. İlk təəssüratlarım müsbət idi, çünki asfaltla ilişmədə və performansında güclənməni hiss etdim.
Trasa çıxmaq lazım olarkən, tez və təhlükəsiz olmaq üçün sürətli maşına ehtiyacınız olur. Vantage-da isə bu xüsusiyyətlər var. Son üç mövsümdə Vantage-i sürməkdən həzz aldım və indi yeni Vantage-i sürənlərdən biri olmaqdan və Dünaynın ən yaxşı traslarında tam performansını sınamaqdan həzz alacam”.
Şərh əlavə et