Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Fərqlər yaxındır

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, söz demək üçün çox tezdir.

Kokpit.az xatırladır ki, meksikalı sürüce testlərin ikinci günündə sükan arxasına keçib və günü ikinci yerdə bağlayıb. O, lider Karlos Saynsdan 0.7 saniyə geridə qalıb.

Serxio Peres: “Gözlədiyimizdən gərgin gün idi. Komanda naharfan sonra yarış məsafəsi qət etməyim və sıralanma tempində işləməyim üçün trasda qalmağıma icazə verdi. Bu hər cəhətdən vacib hazırlıq idi. Gün ərzində komanda üçün daha çox telemetriyanl və bolidin işləməyini yoxladıq. RB20-ni anlamaq üçün fokuslandıq. Bunlar hamısı yaxşı oldu. Səhər komanda üçün aerodinamik testlər etdik.

Lakin bir söz demək üçün hələ tezdir. Testlərin son günündə daha çox məlumatımız olacaq. Məncə, komandalar hamının düşündüyündən daha yaxındırlar. Biz də ən yaxşı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et