Kokpit.az xatırladır ki, “qırmızı öküzlər” ardıcıl 3 ildir ki, Sürücülər, ardıcıl 2 ildir ki, Mühəndislər Çempionatının qalibi olur. Avstriya təmsilçisi bu seriyanı 2024-cü ildə də qorumaq istəyir. Son iki mövsümdə 34 qələbə qazanmış Maks Ferstappen də yeni mövsümə hazırdır.
Red Bull komandası əslində RB20-ni Silverstounda trasa çıxarmışdı və bolidin ilkin şəkilləri mətbuata sızdırılmışdı. Bu gün isə təqdimat oldu və yeni maşın rəsmi olaraq təqdim edildi.
Red Bull bu il təqdimatda həmişəki kimi şou maşını yox, yarışacağı maşını göstərib. Bundan başqa son dövrlər adı araşdırmalarda hallandırılan Kristian Horner də təqdimatda olub.
Gözlənildiyi kimi Red Bull RB20-nin rəng çaları dəyişməz olaraq qalıb. Sadəcə bəzi sponsorlar dəyişib. Texniki cəhətdən isə keçən ilin maşınından fərqli detallar var.
Komanda yeni RB20-nin dizaynında mühafizəkar davranmayıb. Komanda bəzi sahələrdə yeniliklər edibdir. Xüsusən də saydpod girişləri çox kiçildilib. Saydpodun altındakı kəsik dərinləşdirilib və motor qapağının dizaynı yenilənib.
Bununla da 2024-cü ilin bütün maşınıarı təqdim olundu. Artıq növbə Bəhreyndəki qış testlərindədir.
Şərh əlavə et