Kokpit.az bildirir ki, yeni adı ilə Stake F1 Team olan isveçrə təmsilçisi Barselonada yeni maşını C44 ilə ilk dəfə trasa çıxıb və çəkiliş günü keçirib. Çəkiliş ərzində maşın 200 kilometr yol qət edib və şou təkərlərindən istifadə olunub.
Hava günəşli olub və trasda 14-15 santiqrat dərəcə isti olub. İlkin məlumatlara əsasən hər şey qaydasında olub və bu barədə rəsmi açıqlama verilməyib.
Komanda testə aid bir neçə şəkil və bir qısa video paylaşıb. Bu isə o deməkdir ki, 2024-cü ildə maşınını ilk dəfə trasa çıxaran komanda Sauber olub. Tezliklə digər komandalar da öz maşınlarını müxtəlif traslarda publikaya nümayiş etdirəcəklər.
Şərh əlavə et