Xəbəri Kokpitdə Oxuyun!

Williams-ın yeni sponsoru Komatsu-dur

Williams komandası yeni maşını təqdim edərkən bolid üzərindəki sponsorlar diqqətdən yayımmayıb. Bunlardan ən vacibi isə Komatsudur.

Kokpit.az bildirir ki, Williams-la Komatsu arasındakı tərəfdaşlıq 1980-1990-cı illərdən başlayıb. Britaniya təmsilçisi o vaxtlar ən uğurlu dövrlərini yaşayırdı. Komatsu o dövrlər Williams FW18 və FW19-u ötürmələr qutusu detalları ilə təmin edirdi.

Komatsu-nun loqotipləri bolidin saydpodlarında və sürücülərin kombinezonlarında olacaq.

Yaponiyalı şirkətin idarə heyətinin rəhbəri Hirayuki Oqava: “Komatsu və Williams innovasiya və inkişaf cəhətdən ortaq dəyərlərə sahibdir. Tərəfdaşlığımızla həm trasda, həm də tras xaricində dəyər yaratmaq isyəyirik”.

Williams komandası təkcə Komatsu ilə kifayətlənməyib. Britaniya təmsilçisi 2024-cü ildə yüksəlişə keçmək istəyir. Formula 1-in ən titullu ikinci komandası daha əvvəl məlumat platforması təminatçısı olan VAST Data ilə rəsmi olaraq tərəfdaşlığa başlamışdı.

Formula 1 maşınlarının istehsal etdiyi zəngin məlumatları anlamaq uğurun açarıdır. VAST Data-nın böyük bazası və peşəkarlığı maşının performansını yaxşılaşdırmağa kömək edə bilər.

Rauf Hacıyev

Şərh əlavə et