Kokpit.az xatırladır ki, daha əvvəl Haas komandası yeni maşınlarının 2024-cü il rəng çalarını təqdim etmişdi.
Bu gün isə Williams komandası 2024-cü il maşınının rəng çalarını təqdim edib. Britaniyalılar əsasən tünd göy rəngdən istifadə ediblər və burada qara hissəciklər də var. Williams qara hissələrin hesabına maşının çəkisinə qənaət edib. Myprotein, Komatsu və Gulf-ın da sponsorluğuna görə maşının rəng çalarına qırmızı-ağ xəttlər əlavə olunub.
Komanda 2023-cü il mövsümünü Mühəndislər Kubokunda son altı ildə ən yaxşı nəticə ilə – yeddinci yerdə başa vurub. Bu il daha çoxuna inanmaq çətindir, amma ümid etmək olar, xüsusən də rəqiblərdə baş verən bəzi dəyişikliklər fonunda.
Təqdimat əvvəlcə Sky Sports F1-də, az sonra isə komandanın Youtube-dakı kanalında qısa video şəklində olub. Bunun Nyu-Yorkda baş tutacağı deyilmişdi, lakin görüntülər əvvəlcədən Britaniyadı studiyada çəkilib. Hətta rəhbərliyin bəzi sitatları keçən ildən götürülüb və bu ilə uyğunlaşdırılıb.
Əlavə olaraq, təqdimatda komandanın yeni tərəfdaşı, iri tikinti txnikası istehsalçısı Komatsu ilə çoxillik müqavilə də elan edilib.
Ceyms Vavls: “Biz Nyu-Yorkda 2024-cü il liveriyasını təqdim edirik və bu, çox vacib andır. Komandamız FW46-nın yaradılmasına uzun aylar sərf etdi və Qrouvda hər kəs builki avtomobili ərsəyə gətirmək üçün çox çalışdı. Keçən mövsüm əldə etdiyimiz tempi davam etdirmək niyyətindəyik və sürücülərimiz Aleks Elbon ilə Loqan Sarcent müntəzəm olaraq xallar uğrunda mübarizə apara bilirlər. Həmçinin onlara komandaya öz texnologiyasını təkmilləşdirməkdə kömək etmək tapşırılıb.
Mən Williams Racing-ə bir il əvvəl qoşuldum və komandanın müxtəlif çətinlikləri dəf etmək, hər kəs üçün çox vacib olan Mühəndislər Kubokunda 7-ci yeri tutmaq üçün necə bir araya gəlməyə çalışdığını gördüm. Biz həm də dünyaya göstərdik ki, biz gələcək tərəqqinin əsasını qoyuruq. Biz komandanı həm trasda, həm də ondan kənarda gücləndirməyə, infrastrukturunu təkmilləşdirməyə, komandamıza sərmayə qoymağa və Komatsu kimi yeni tərəfdaşları cəlb etməyə davam edirik.
Əlbəttə, qarşıda bizim birlikdə keçməli olduğumuz uzun bir yol var, amma bilirəm ki, bizim azarkeşlərimiz, tərəfdaşlarımız və Qrouvdakı bazada çalışan hər kəs birləşərək bu əfsanəvi komanda üçün yeni tarix yazır. Bu, vaxt aparacaq, lakin gələcək illərdə uğur qazanmaq üçün indi hər kəsin köməyi vacibdir. Qarşıdan gələn mövsümün bizim üçün nələr hazırladığını görmək məni çox həyəcanlandırır”.
Yeni Williams avtomobilinin təqdimatında komandanın sürücüləri yeni mövsümə nikbin baxdıqlarını bildiriblər…
Aleks Elbon: “Çox pozitiv mövsümdən sonra, 2024-cü ildə bu irəliləyişə əsaslanaraq irəliyə doğru bəzi mühüm addımlar atmaq üçün çox çalışaraq ümid edirik.
Biz komandadan və bazada olan əməkdaşlarımızdan maşının istədiyimiz səviyyəyə çatdırılması üçün çox şey tələb etdik, onun fəlsəfəsini bir az dəyişdik. İndi maraqlı olan, keçmişdə bizə maneçilik törədən bəzi xüsusiyyətləri yaxşılaşdıra biləcəyimizi görməkdir. Bu, fərqli sürücülük tərzi tələb edəcək, lakin əminəm ki, bu, yaxşılığa doğru dəyişiklik olacaq”.
Loqan Sarcent: “Bu heyrətamiz livariyanı təqdim etdikdən sonra mən FW46-nın sükanı arxasına keçməyi və onun inkişafını davam etdirməyi səbirsizliklə gözləyirəm. Mövsümlərarası dövrü məhsuldar keçirdim və qarşıdakı çempionata həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşmışam. Keçən il bu mövsüm mənə kömək edəcək mühüm təcrübə qazanmışam.
Bu il üçün hədəflərimi bilirəm. Mən Williams Racing ailəsinin bir hissəsi olduqdan sonra əldə etdiyim tərəqqiyə əsaslanmaq istəyirəm. Komandanın uğurlarına daha çox töhfə vermək istəyirəm. Qrouvdakı hər kəs qış fasiləsində FW46-nı hazırlamaq üçün yorulmadan çalışdı. Mənə göstərdikləri zəhmətə və dəstəyə görə onlara minnətdaram”
Şərh əlavə et