Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Peroni ilə çoxillik müqavilə bağlayıb

Ferrari komandası İtaliyanın premium pivə brendi olan Peroni Nastro Azzurro 0.0 % ilə sponsorluq müqaviləsi bağlayıb.

Kokpit.az bildirir ki, müqavilə çoxillikdir və sadəcə Formula 1 komandasını yox, bu il 32-ci dəfə təşkil ediləcək Ferrari Challenge Trofeo Pirelli-ni də əhatə edəcək.

Müqaviləyə görə iki tərəfin birlikdə hazırladığı məhdud dayda məhsul bazara çıxarılacaq. Bu məhsullardan ilkinin adı Peroni Nastro Azzurro 0.0 % adlı pivə olacaq.

Ferrari komandasının rəhbəri Frederik Vassyör: “Ferrari və Peroni Nastro Azzurro 0.0 % arasındakı tərəfdaşlığı açıqladığım üçün sevincliyəm. Bu tərəfdaşlıq iki tərəf üçün də düşərli olacaq və başlamasını səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Peroni Nastro Azzurro 0.0 % brendi İspaniyanın məşhur pivə markası olan Estrella Galicia-nı əvəz edəcək.

Rauf Hacıyev

Şərh əlavə et