Kokpit.az xəbər verir ki, Red Bull-un avtoidman üzrə məsləhətçisi bildirib ki, onda olan məlumata görə, Haas komandasının sahibi Cin Haasın Ştaynerin populyarlığının artması və onun şöhrətindən istifadə etmək cəhdləri xoşuna gəlmir.
Helmut Marko: “Deyək ki, Netflix kimi sənədli serial vasitəsilə məşhurlaşan hər kəs yüksəkdən uçmağa meyllidir. Ancaq çox sürətli və çox yüksək uçsanız, düşməyiniz bir o qədər ağrılı olacaq. Eşitdim ki, Ştayner öz populyarlığını komandanın hissə paylarına çevirmək istəyir. Sahibi Cin Haas bunu çox bəyənmədi. Bizim idmanda komanda həmişə fərdlərdən üstündür. Ştayner populyarlığının qurbanı oldu”.
Şərh əlavə et